Türkiyədə 15 iyul 2016-cı ildə baş verən çevriliş cəhdindən sonra indiyədək bir çox təşkilat mənsubu deşifrə edilib. Çevriliş cəhdini planlaşdıran təşkilat mənsublarının istifadə etdikləri gizli proqramlardan atdığı mesajların çözümü bir-bir həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, bunun sayəsində təşkilatın çevriliş planını necə qurduğu da bəlli olur.
Sabiq polis İnan Kazanla bağlı məhkəmənin çıxardığı qərar FETÖ-nün çevrilişi nə qədər qanlı planlaşdırdığını göz önündə canlandırır.
İnan Kazanın istifadə etdiyi kriptoxəbərləşmə proqramlarından çevrilişdən 4 ay öncə – 9 mart 2016-cı ildən 19 iyul 2016-cı ilədək göndərdiyi mesajlarda diqqət çəkən ifadələr yer alıb. FETÖ-çünün çevriliş cəhdini “inqilab” olaraq dəyərləndirdiyi diqqət çəkir.
İnan Kazanın “Durak kəndi Fətullah Gülən hava limanı olacaq, bunun başqa yolu yox. İnqilabdan sonra Aykut Dəmiri Trabzon meydanına, Fatih Terimi də təşəkkür çıxışı qarşılığında asarıq” məzmunlu mesajlar atdığı təsbit edilib.