24 Dekabr 2018 23:14
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda hökumət binasına silahlı hücum nəticəsində 27 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə paytaxt Kabildə baş verib. Ölənlərin əksəriyyəti mülki şəxslərdir.

***

Əfqanıstanın paytaxtı Kabildə İctimai İşlər Nazirliyinin binasına hücum olub.

Teleqraf.com-un məlumatına görə, hücum edənlər nazirliyin bir qrup əməkdaşını girov götürüb.

Qeyd olunur ki, hücum edənlərdən 2-i zərərsizləşdirilib. 200-ə yaxın əməkdaş təxliyə edilib.

Daha əvvəl isə nazirlik yaxınlığında 3 partlayış eşidilib. Hücum edənlər atəş açaraq binaya daxil olub. Hücum nəticəsində 4 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər