25 Dekabr 2018 07:54
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda H1N1 virusunun “A” növünə yoluxan bir xəstə dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, həmin virusa yoluxmuş 53 yaşlı qadın Batumidəki xəstəxanaların birində ölüb. Xəstə tənəffüs yollarında yaranmış problemlə əlaqədar dekabrın 17-də Batumi Respublika Xəstəxanasına yerləşdirilmişdi.

Xəstəxananın həkimi Malxaz Xalvaşi bildirib ki, xəstədə qripin “A” növü aşkarlanıb. Bu gün onun vəziyyəti kəskin ağırlaşıb və həkimlər xəstəni həyata qaytara bilməyiblər.

İctimai Sağlamlıq Mərkəzindən bildiriblər ki, Acarıstanda laboratoriyada aparılmış yoxlama zamanı H1N1 virusuna yoluxma ilə əlaqədar 3 fakt qeydə alınıb. Virusa yoluxma halları ilə əlaqədar xəstəxanalara müraciət edənlərin sayı kəskin artıb.

H1N1 virusunun “A” qrip tipi daha çox yayılıb. Bu virus insanlarla yanaşı, bir çox heyvanlarda da aşkar edilib.

H1N1 virusu “donuz qripi” kimi tanınır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər