İran Ali Məsləhət Şurasının sədri, ayətullah Mahmud Haşimi Şahrudi vəfat edib.
Teleqraf.com xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən və iki gün əvvəl koma vəziyyətinə düşən 70 yaşlı Şahrudi Tehran xəstəxanalarından birində dünyasını dəyişib.
Vaxtilə İran Məhkəmə Sisteminə başçılıq edən Mahmud Haşimi Şahrudi son 10 ildə minlərlə siyasi və qeyri-siyasi məhbuslara edam cəzasına məhkum etməsi ilə məşhurdur.
Qeyd edək ki, 1948-ci ildə İraqın Nəcəf şəhərində doğulan Mahmud Haşimi Şahrudi İran və İraq vətəndaşıdır. O, 2017-ci ildə dini lider Əli Xameneyi tərəfindən bu vəzifəyə təyin edilib.