Bu gün saat 12:00 radələrində Tehranın Elmlər və Araşdırmalar Universitetinin tələbələrini aparan avtobus aşıb. Nəticədə azı 30 nəfər yaralanıb.
Bunu Tehran Təcili Yardım Mərkəzinin rəisi Peyman Sabirian deyib.
Onun sözlərinə görə, hadisə Tehranın Simon Bolivar prospektində baş verib. Hadisə yerinə 10-a yaxın təcili yardım maşını cəlb olunub.