Meksika ilə sərhəd boyunca beton hasarın çəkilməsi üçün maliyyə ayrılana qədər federal hökumətin fəaliyyət göstərməsinə icazə verilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Qeyd edək ki, hazırda ABŞ hökuməti fəaliyyətini dayandırıb. Buna səbəb prezidentin 2019-cu il dövlət büdcəsindən Meksika ilə sərhəd boyunca beton hasarın çəkilməsi üçün 5 milyard dolların ayrılması tələbidir.
Demokrat senatorlar Nümayəndələr Palatasında maliyyə ayrılmasına qarşı çıxıblar.
ABŞ prezidenti bildirib ki, hökumətin təkrar fəaliyyətə başlaması haqqında konkret bir söz deyə bilməz:
“Onu deyə bilərəm ki, bu hasar çəkilənə qədər hökuməti fəaliyyəti bərpa edilməyəcək. Həmin hasar ölkəmizə daxil olan narkotiklərin qarşısında ən böyük maneədir. Əgər bu anlayışa sahib deyilsinizdə qismən qapanan hökumətin fəaliyyətini açmayacağıq”.