Dəməşqə atılan raketi Bəşər Əsədin hava hücumundan müdafiə qüvvələri zərərsizləşdirib.
Teleqraf.com SANA agentliyinə istinadən xəbər verir ki, Suriya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Dəməşq yaxınlığında raket təsbit edib.
Bundan sonra raket əleyhinə müdafiə sistemləri paytaxt Dəməşqə atılan raketi havada zərərsizləşdirib.
Ancaq paytaxt Dəməşqi hədəf alan raketin kim tərəfindən atıldığı açıqlanmır.
Qeyri-rəsmi iddialara görə, raket İsrail tərəfindən atılıb.