“Fələstinin müqaviməti İsrail ordusunun yenilməzliyini sarsıldıb.”
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu sözləri İslam Müqavimət Hərəkatı (Həmas) Siyasi Büro üzvü Məhəmməd Nezzal deyib.
O bildirib ki, Fələstinin müqaviməti İsrail əsgərlərini qorxaq siçanlara çevirib: “Bu ikitərəfli zəfərdir. Birincisi, İsrail nəzərində tutduğu hədəfləri reallaşdıra bilməyib, ikincisi isə bu Fələstin üçün strateji uğurdur”.
O həmçinin əlavə edib ki, əldə olunan atəşkəs Fələstin üçün zəfər kimi qiymətləndirilməlidir.
Samir