Keçmiş futbolçu Devid Bekhem hind quşu əti kəsdiyi yerdə çəkilmiş şəklini sosial şəbəkədəki səhifəsinə yükləyib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, ulduz paylaşdığı fotoya “Turkey perfection” şərhini yazıb. Onun bu şərhi isə bir çox türk izləyiciləri tərəfindən “Türkiyə mükəmməldir” kimi başa düşülüb.
Türklərin xoşuna gələn bu paylaşıma görə Bekem Türkiyəyə dəvət edilib.
Məlumat üçün bildirək ki, “hind quşu” ingiliscə “turkey” adlanır. Təbii ki, Bekhem şəkilaltı yazıda Türkiyənin yox, hind quşunun mükəmməlliyindən bəhs edib.
İzləyicilərini çaşdıran da məhz bu məqam olub.