8 aylıq qızcığaz Filisiti Ramm yuxuya getdiyində təxminən 20 dəfə nəfəsi dayanır.
Teleqraf.com ailem.az-a istinadən xəbərinə görə, körpənin valideynləri 26 yaşlı Kili və 27 yaşlı Mixayıl Ramm yuxusuz gecələrə dözməyə çalışırlar.
Filsiti çox nadir rastlanan Obstruktiv Yuxu Apnoe Sindromundan (yuxuda tənəffüsün periodik dayanması xəstəliyi) əziyyət çəkir. Balaca qızcığaz hər dəfə yuxuya getdiyində nəfəs borusu daralaraq nəfəsin kəsilməsinə səbəb olur. Bir gecə ərzində 20 dəfə nəfəsi dayanır.
Buna görə Filsitinin valideynləri hər gecə onun başının üstündə keşik çəkirlər.
Gənc ailə balaca qızcığaza kömək edəcək CPAP aparatını almağa imkan tapmır.
Onu da qeyd edək ki, ailənin 2 yaşında bir oğlu da var. Yaşananlar, hər dəfə gələn təcili yardım səsi də balaca oğlana psixoloji cəhətdən çox pis təsir edib.