27 Dekabr 2018 15:16
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada hakimiyyət əleyhinə təşkil edilmiş etiraz aksiyalarına görə 43 min nəfər işini itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, insanların iş yerlərini itirməsinə səbəb kütləvi nümayişlərin şirkətlərə zərər vurması olub.

43 min nəfərin işsiz qalması isə dövlət büdcəsinə 28 milyon avro zərər verib.

İqtisadiyyat naziri Aqnes Paniyer-Rançer bu rəqəmin 25 milyon avro olduğunu açıqlamışdı.

Nümayişlərin başlanmasından bu günədək 10 nəfər həyatını itirdiyi halda 4500 nəfər müxtəlif ittihamlarla saxlanılıb, 1000 nəfərdən çox insan isə yaralanıb.

Qeyd edək ki, Fransada hakimiyyət əleyhinə “Sarı jiletlilər” hərəkatı adlandırılan eriraz aksiyaları keçirilir. Etirazçılar Emmanuel Makron hökumətindən vergilərin azaldılması, yanacağın qiymətlərinin aşağı salınmasını tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər