İranın İsfahan şəhərində müəllimlərin keçirdiyi dinc aksiyalarda çoxlu sayda etirazçı saxlanılıb.
Teleqraf.com xəbər verir ki, aksiyada hökumətin müəllimlərə qarşı təzyiqinə son qoyulması, həbs edilən pedaqoqların azadlığa buraxılması, maaşların artırılması və ölkədə təhsilin özəlləşdirilməsi prosesinin dayandırılması tələb olunub.
Polis müdaxilə yolu ilə aksiyanı dağıtmağa cəhd edib.
Etirazçıların müqaviməti ilə üzləşən polis gözyaşardıcı və bibər qazından istifadə edib. Aksiyada onlarla müəllim saxlanılıb.
Həbs edilən müəllimlərin adları və onların harada saxlanılması barədə məlumat yoxdur.