28 Dekabr 2018 15:06
2 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putinlə görüşüm xoş atmosferdə keçdi. Razı qaldım. Hər görüşdən sonra münasibətlərimizin yeni məzmun qazandığına əminəm”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti ilə görüşü barədə danışan Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

O, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələsində Putinlə razılaşdığını bildirib.

Paşinyan görüşdə Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi haqda danışmadıqlarını, əsas müzakirə mövzusunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməsi məsələsi olduğunu diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər