Türkiyədə hakim AKP-nin toplantısında Çəkməköy Bələdiyyə başqanlığına namizəd Əhməd Poyraz səhnədə bayılıb.
Teleqraf.com-un xəbərinə görə, hadisə Prezident Ərdoğanın İstanbuldan namizəd olacaq şəxslərin adlarını açıqlayarkən baş verib.
Əhməd Poyraza dərhal tibbi yardım göstərilib. Hadisə onun təzyiqinin düşməsi səbəbindən baş verib. Hazırda Əhməd Poyrazın səhhətinin qaydasında olduğu bildirilir.