30 Dekabr 2018 00:27
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanli bloqer Ran Zuxayr zarafat oyunu zamanı öldürülüb.

Bloqer başına döşəkağı salaraq xəyalət obrazında parkda istirahət edən adamları qorxudarkən, buradan keçən bir kişi onu güllə ilə vurub. Bloqer yerindəcə keçinib.

Bildirilir ki, üç dost “YouTube”da kanal açaraq şəhərin müxtəlif yerlərində tanımadıqları adamları müxtəlif yollarla qorxudaraq bu kanalda yerləşdiriblər. Bir ay ərzində onlar 3 mindən çox abunəçi və 100 min baxış toplayıblar.

Polis Ran Zuxayrın iki dostunu təhrikçilikdə günahlandıraraq saxlayıb.


Müəllif: Mənbə/Azərtac

Oxşar xəbərlər