30 Dekabr 2018 11:29
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Təhsil naziri Şeyma Hiyali qardaşının İŞİD terror təşkilatının üzvü olması ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, iraqlı nazir qardaşının zorla İŞİD-çilər tərəfindən danışdırıldığını iddia edib.

"Terror və ya terrorçularla hər hansı bir əlaqəm sübuta yetirilərsə, hamının sözü qarşısında istefa ərizəmi Baş nazir Adil Əbdül Mehdi cənablarına təqdim edəcəyəm. İŞİD qardaşımı da digər insanlar kimi açıqlama verməyə məcbur edib. Lakin qardaşım əlinə silah götürüb heç bir iraqlını öldürməyib və ya buna dəstək verməyib", - deyə nazir söyləyib.

Qeyd edək ki, İraqda sosial mediada nazirin qardaşı Leyt Hiyalinin 2014-cü ildə Mosulu ələ keçirən İŞİD sırasında olduğunu iddia edən görüntülər yayımlanıb.

Xatırladaq ki, mosullu Şeyma Hiyali 4 gün əvvəl təhsil naziri səlahiyyətlərinin icrasına başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər