30 Dekabr 2018 11:58
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül "CNN Türk"də qatıldığı proqramda FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyası haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, nazir ABŞ tərəfi ilə bu barədə razılıq əldə olunacağına ümid etdiyini deyib.

"Bu yaxınlarda ABŞ rəsmiləri bu məsələ ilə bağlı Türkiyəyə gələcəklər. Hüquqi yardım çərçivəsində müzakirələr aparılacaq. Biz hüquqi dövlət olaraq bu terrorçunun Türkiyəyə veriləcəyinə ümid edirik. Türkiyədə edam cəzası yoxdur. Ona görə də ekstradisiya üçün heç bir əngəl yoxdur" - deyə Abdulhamit Gül qeyd edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər