30 Dekabr 2018 19:04
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, liderlər Suriyada baş verən son prosesləri, İŞİD-lə mübarizə məsələlərini müzakirə ediblər.

Tərəflər Suriyada sabitliyin təmin olunması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

"Kansler Türkiyənin, xüsusilə Suriya qaçqınlarının qəbulu məsələsində rolunu qeyd edib və ümid etdiyini bildirib ki, Türkiyə Amerika qoşunlarının Suriyadan çıxarılmasına təmkinini qoruyaraq və məsuliyyət dərk edərək reaksiya verəcək", - deyə o bildirib.

Merkel həmçinin qeyd edib ki, İŞİD terror təşkilatı hələ də, əhəmiyyətli dərəcədə təhlükəlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər