Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Respublikasının Prezidenti Mun Ce-inə Yeni il münasibətilə təbrik məktubu yollayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya prezident ofisinin mətbuat katibi Kim Euy-kyom məlumat verib. KXDR lideri məktubunda yarımadada sülhün və tərəqqinin təmin olunması istiqamətində səyləri davam etdirməyə çağırıb.
Hər iki tərəfin il ərzində sərhəddə qarşıdurmanın aradan qaldırılması üçün əməli addımlar atdığını qeyd edən Kim Çen In cari il ərzində Seula səfər edə bilməməsindən təəssüfləndiyini ifadə edib.
O, məktubunda sülh mövzusunun, habelə Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsinin müzakirəsi üçün gələn il Prezident Mun Ce-inlə görüşmək arzusunu dilə gətirib.