Səudiyyə Ərəbistanında Qırmızı dəniz hövzəsinin altı ölkəsinin iştirakı ilə “Qırmızı dalğa-1” birgə hərbi təlimləri keçirilir.
Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanın Ciddə şəhərinin yaxınlığında beş gün ərzində keçiriləcək təlimlərə Səudiyyə Ərəbistanının, Misirin, İordaniyanın, Sudanın, Cibutinin və Yəmənin hərbi qüvvələrinin xüsusi təyinatlı heyəti və dəniz qüvvələri bölmələri cəlb olunublar. Somali təlimlərdə müşahidəçi qismində iştirak edir.
Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələrinin baş komandanı Fəhd bin Abdulla əl-Qafili bildirib ki, “Qırmızı dalğa-1” təlimlərinin əsas məqsədi iştirakçı ölkələrin müdafiə potensialının möhkəmləndirilməsindən, təcrübə mübadiləsinin aparılmasından və Qırmızı dəniz akvatoriyasında təhlükəsizliyin qorunmasından ibarətdir.