Fransada "sarı jiletlilər"in aksiyasından sonra ərəb ölkələrində də insanlar iqtisadi durum və ağır yaşam şərtlərinə etiraz olaraq küçələrə axışıblar .
Teleqraf.com xəbər verir ki, 8 ərəb ölkəsində - Sudan, Tunis, Mərakeş, Liviya, Livan, İraq, İordaniya və Əl Cəzairdə aksiyalar günü-gündən şiddətlənir.
Hər bir ərəb ölkəsində aksiyaların keçirilməsinə müxtəlif amillər səbəb olsa da, tələblər oxşardır. Sosial durumun ağırlaşmasına etiraz edən ərəblər hökumətlərin istefasını tələb edirlər.
Aksiyalarda bir çox insa Fransadakı etirazlarda olduğu kimi sarı jilet geyinərək küçələrə axışırlar.