Suriyada gördüyüm işləri başqası etsəydi, milli qəhrəman elan olunardı. İŞİD demək olar ki, məhv edildi.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün Tvitter hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ hərbçiləri yavaş-yavaş evlərinə, ailələrinin yanına qayıdır: "Eyni zamanda İŞİD-in qalıqları ilə mübarizəmizi davam etdiririk", - deyə ABŞ prezidenti vurğulayıb.