Suriyanın Hələb əyaləti minaatnlardan atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, terrorçuların Muhard şəhərini atəşə tutması nəticəsində iki dinc sakin yaralanıb, bir neçə yaşayış evinə zərər dəyib. "Yeni Hələb" rayonuna da silahlı hücum olub.
Yerli KİV-lərin məlumatına görə, Suriya ordusu Tell-Sahr və Sirmaniya kəndlərində terrorçuların mövqelərinə zərbələr endirib.