27 Avqust 2014 14:57
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Daily Mail” qəzeti məmurlara 10 dollar verən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının asanlıqla sərhəddən Suriyaya keçdiyini iddia edib.

Teleqraf.com modern.az -a istinadən xəbər verir ki, sərhədə qədər gedən qəzetin müxbiri hər gün 20 adamın “cihada giriş qapısı” adı verilən bu yolla İŞİD-ə qatıldığını yazıb.

Ame­ri­ka­lı jurnalist Ja­mes Fo­le­y'­in başının kə­sən ki­şi­nin in­gi­lis ol­du­ğu­nun bilin­mə­sin­dən son­ra “Da­ily Ma­il”in müxbiri Sam Gre­en­hill bu insanların Su­ri­yaya gediş yo­lu­nu araş­dırıb. İn­gi­lislərin tu­rist kimi An­tal­ya­ya gəl­diyini ya­zan Gre­en­hill belə bir iddia da irəli sürü: “Bu­radan sərhədə yaxınlaşan cihadçılar heç bir problemlə qarşılaşmadan sərhədi keçirlər. Sərhəddə xidmət edənlər 10 do­lla­ra keçişlərə göz yumurlar”.

Xəbərdə sadəcə İngiltərədən deyil, bütün Avropadan yola çıxan gənclərin İŞİD-ə qatılmaq üçün Türkiyə üzərindən keçdikləri də vurğulanıb. Antalya vasitəsilə Hataya gedən gənclərin “cihad yolu” adı verdikləri bu marşrutdan sonra asanlıqla maneəni aşdığı da bildirilir. Özünün də sərhədə getdiyini qeyd edən müxbirin yazdığına görə, Suriyada döyüşdükdən sonra İngiltərəyə qayıdan 250-yə qədər ingilis eyni yol ilə gedərək geri gəliblər.


Müəllif: