27 Avqust 2014 19:16
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın baş naziri Arseniy Yatsenyuk ölkənin şərqində sülhün əldə edilmə yolunu Ukrayna, ABŞ və Rusiyanın ortaq məxrəcə gəlməsində görür.

Bu günə qədər gerçəkləşən görüşlərə ABŞ-ın qatılmadığını bildirən baş nazir, sentyabrın 4-də təşkil olunacaq zirvə görüşündə NATO-nu köməyə çağıracaqlarını vurğulayıb.

Ukrayna Nazirlər Kabinetinin toplantısında Minsk görüşlərini şərh edən A.Yatsenyuk, “26 avqusta baş tutmuş görüşlərdən böyük gözləntilərin olmadığını bildirib.

"Amma biz barışı yenidən təmin etmək üçün hər ehtimalı dəyərləndirmək istəyirik. Belə bir anlaşma sadəcə ABŞ, AB, Ukrayna və Rusiyanın daxil olduğu "dördlü format"da gerçəkləşə bilər” - deyə bildirib.

Ukrayna-NATO münasibətlərindən danışan nazir, “2014-cü il üçün Ukrayna-NATO fəaliyyət planını dəstəkləyirik. NATO bizim ortağımızdır və bir ortaq kimi Ukrayna NATO-dan yardım istəyir” - deyə qeyd edib.


Müəllif:

Oxşar xəbərlər