10 Yanvar 2019 20:32
2 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Terrorçuluğa Qarşı Mübarizə Mərkəzi Kürdüstan Vətənpərvərlər Birliyinə Kərkükdəki partiya binasından asdıqları İraq Kürd Muxtariyyətinin bayrağının endirilməsi üçün 24 saat vaxt verib.

Teleqraf.com xəbər verir ki, uzun müddətdir İraq Kürd Muxtariyyətinin bayrağı Kərkük küçələrindən yığışdırılmışdı. Amma iki gün öncə Kürdüstan Vətənpərvərlər Birliyinin üzvləri yenidən bayraqlarını şəhərdə dalğalandırıblar. Görünyülər sosial şəbəkələrdə paylaşılandan sonra mərkəzi hökumət separatçılara xəbərdarlıq edib.


Müəllif: Teleqraf.com