10 Yanvar 2019 22:14
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Belarus neft sahəsində vergi manevrləri ilə bağlı təzminatlar barədə razılıq əldə edə bilməsə, Moskva Minskin simasında qərb istiqamətində yeganə müttəfiqini itirə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin iclasında deyib.

A.Lukaşenko bildirib ki, Rusiya ilə razılaşmanın olmaması Belarus üçün faciəyə çevrilməyəcək:

“Əgər Rusiya rəhbərliyi qərb istiqamətində yeganə müttəfiqini itirmək yolunu seçəcəksə, bu, onların seçimidir. Biz onları nəyəsə məcbur edə bilmərik”.

A.Lukaşenko ölkə hökumətini Rusiyanın vergi manevrləri ilə bağlı Belarusun itkilərini kompensasiya etmək üçün etibarlı mənbələr axtarmağa çağırıb. O, əlavə edib ki, əlavə 400 milyon dollar qazanmaq Belarus üçün problem olmayacaq.


Müəllif: Teleqraf.com