11 Yanvar 2019 10:23
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş vitse-prezidenti Jozef Bayden qarşıdakı iki həftə ərzində 2020-ci ildə keçiriləcək prezident seçkiklərində iştirak edib-etməyəcəyi barədə qərarını açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

76 yaşlı siyasətçi Demokratlar Partiyasından hazırkı Prezident Donald Trampı məğlub edə biləcək yeganə namizədin özü olduğunu iddia edib:

“Əgər seçkiləri məndən başqa udacaq digər namizədin olduğunu deyə bilsəniz, seçkilərə qatılmaqdan imtina edəcəyəm. Mən özümdən savayı güclü namizəd görmürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu