11 Yanvar 2019 12:22
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanlı fəallar Ulduz (Mədinə) Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari Sulduz şəhər məhkəməsinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 16-da məhkəmə fəallara qarşi irəli sürülən ittihamlara baxacaq.

Məlumata görə, azərbaycanlı fəallar İran hakimiyyəti əleyhinə təbliğat aparmaq və icazəsiz aksiyalar təşkil etməkdə ittiham olunur.

Qeyd edək ki, 2018-ci il mayın 25-də Sulduzda 2006-ci il etirazlarında həlak olanların məzarları qarşısında anım mərasimi təşkil olunub.

İran təhlükəsizlik orqanlarının hücumuna məruz qalan mərasimdə bir neçə azərbaycanlı fəal qanunsuz olaraq saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu