11 Yanvar 2019 16:39
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan Diaspor Nazirliyini ləğv edib.

Teleqraf.com “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan deyib ki, Diaspor Nazirliyinin ləğvi onun işinə təsir göstərməyəcək.

Vəzifəsini itirənlər arasında diaspor naziri Mxitar Ayrapetyanla yanaşı, baş nazirin birinci müavini Ararat Mirzoyan, mədəniyyət naziri Lilit Makunç da yer alıb.

Paşinyan deyib ki, diaspor təşkilatları ilə əlaqələr zəifləməyəcək:

“Bu, o demək deyil ki, Ermənistan hökuməti diasporlarla əlaqələrin üstündən xətt çəkmək istəyir. Tamamilə əksinə, hökumət bu istiqamətdə təkliflər paket hazırlayıb və təfərrüatı yaxın vaxtlarda xaricdəki ermənilərlə müzakirə ediləcək”.

Qeyd edək ki, “Ermənistan Respublikası hökumətinin quruluşu və fəaliyyəti haqqında” qanuna əlavə və dəyişiklik layihəsinə görə, 17 nazirliyin sayı 12-yə enəcək.

Qeyd edək ki, Diaspor Nazirliyi Xarici İşlər Nazirliyinin tərkibinə daxil ediləcək, Mədəniyyət Nazirliyi isə Təhsil Nazirliyi ilə birləşəcək.

Baş nazirin birinci müavini vəzifəsinin ixtisarına gəlincə, yerli KİV bu vəzifənin vaxtilə prezident Serj Sərkisyan tərəfindən keçmiş baş nazir Karen Karapetyan üçün məxsusi təsis edildiyini yazıb.


Müəllif: Nərgiz