12 Yanvar 2019 10:12
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şir-Lankada nəzarətdən çıxan traktor əvvəlcə sərnişinlərə zor anlar yaşadıb, daha sonra yoldan çıxaraq dərə aşağı hərəkət edib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə sürücü traktorun idarəetməsini itirərək yanındakı şəxslə birlikdə yerə yıxılıb.

Traktorda qalan bir uşaq və dörd sərnişin isə yolun ortasında fırlanan traktordan yıxılmamaq üçün cəhdlər göstərib.

Traktoru dayandırmaq üçün edilən cəhdlərin heç biri nəticə verməyib. Bu zaman iki nəfərdə özünü traktordan aşağı ataraq canını xilas edə bilib. Bundan sonra traktor yoldan çıxaraq dərə aşağı hərəkət edib.

Sonradan bəlli olub ki, traktorda qalan uşaq xəstəxanaya çatdırılıb. Onun başından yaralandığı bildirilib. Qadın isə kiçik zədələr alıb.


Müəllif: Cavad