12 Yanvar 2019 11:53
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İranı Yaxın Şərqdən izolyasiya etmək məqsədilə Körfəz ölkələri, Misir və İordaniya ilə birgə qurmaq istədiyi Yaxın Şərq Strateji İttifaqı planı yenidən gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Qaşıqçı cinayətindən sonra gündəmdən çıxan “Ərəb NATO”su məsələsi son günlər ABŞ dövlət rəsmilərinin Yaxın Şərqə səfəri ilə müzakirə masasına qaytarılıb.

ABŞ dövlət katibi Pompeo Qahirədə ABŞ xarici siyasəti haqqında çıxışı zamanı Körfəz ölkələri, İordaniya və Misir çərçivəsində Yaxın Şərq Strateji İttifaqı ilə bağlı işlərin davam etdiyini bildirib.

Beləliklə, “Ərəb NATO”su kimi təqdim edilən bu ittifaqın yaradılması yenidən siyasi müzakirələrə qaytarılıb.

Qeyd edək ki, son dövrlər prezident Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton, daha sonra dövlət katibi Yaxın Şərqdə səfərdə olublar.

Bolton səfəri zamanı qeyd edib ki, ABŞ ilə səkkiz ərəb ölkəsi arasında hərbi ittifaq mövzusunda müzakirələr davam edir.

Qərb mediası Ərəb NATO-sunun qərargahının Ər-Riyad olmaqla ABŞ-ın təhlükəsizlik qarantiyası adı altında NATO-ya bənzər bir hərbi ittifaq olacağını yazıb.


Müəllif: Cavad