12 Yanvar 2019 14:24
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları Komandanı Ümit Dindar və Milli İstihbarat Təşkilatının direktoru Hakan Fidan Suriya ilə sərhəd məntəqəsində - Hatayda bir araya gəliblər.

Teleqraf.com xəbər verir ki, Türk ordusunun Menbiç istiqamətindəki nəzərdə tutduğu əməliyyatdan əvvəl keçirilən görüşdə İdlibdə atəşkəsin davam etməsi üçün görülən işlər, Suriyanın şərqindəki durum və digər məsələlər müzakirə edilib.

Məlumata görə, Hataydan əvvəl Şanlıurfada olan müdafiə naziri sərhəd birlikləri ilə görüşüb, vəziyyətlə yerindəcə tanış olub.


Müəllif: Cavad