12 Yanvar 2019 17:14
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada mafioz qruplarla əsgərlər arasında silahlı qarşıdurmada 6 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın şimalındakı Tamauilpas əyalətində baş verib.

Şosedə hərbçilərlə bir qrup şəxs arasında silahlı qarşıdurma baş verib. Qarşıdurma zamanı 1 əsgər və 5 qanunsuz silahlı qrupun üzvü öldürülüb.

Qeyd edilir ki, bu ərazilərdə narkotik ticarəti ilə məşğul olan Zetas adlı mafiya şəbəkəsi fəaliyyət göstərir.

Xatırladaq ki, iki gün əvvəl əyalətin Aleman ərazisində narkotik şəbəkələri arasında baş verən silahlı qarşıdurma zamanı 24 nəfər yaralanıb.

Məlumat üçün bildirək ki, 2018-ci ilin ikinci yarısında bu ölkədə 15 min 973 cinayət törədilib.


Müəllif: Cavad