12 Yanvar 2019 19:59
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyanın Alanya bölgəsində bələdiyyə sədrliyinə müstəqil namizəd olan rusiyalı 36 yaşlı Anastasiya Petrova Çətinkaya seçiçilərlə görüşlər keçirir.

Teleqraf.com xəbər verir ki, qapı-qapı gəzən, habelə ticarətçi və sənətkarlala görüşən Anastasiya Petrova Çətinkaya "Bu seçki mənim üçün Alanya, alanyalılar və gələcəyimizlə bağlıdır. Partiya və ya bir siyasi baxışın məni üçün önəmi yoxdur" deyib.

Ziyarətləri zamanı üzərində seçki şüarı - "Dəyişiklik səndə" sözləri yazılan şirniyyat paylayan Anastasiya Petrova Çətinkaya seçicilərə Türkiyəni sevən bir vətəndaş olduğunu deyib və ona səs vermələrini xahiş edib.


Müəllif: Nahid