14 Yanvar 2019 15:27
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsini təhdid edən ABŞ Prezidenti Donald Trampa cavab verib.

Teleqraf.com xəbər verir ki, nazir ölkəsinin iqtisadi sanksiyalar və terrorizmlə təhdid edildiyini bildirib.

Çavuşoğlu Trampın səsləndirdiyi fikirlərin qəbuledilməz olduğunu bildirib:

“Bu millət ac qalar, amma Çanaqqala savaşında olduğu kimi boyun əyməz. Dövlət olaraq bu təzyiqlərə qarşı bütün lazım olan addımları atacağıq. Donald Trampın təhdidləri isə qəbuledilməzdir”.

Qeyd edək ki, ABŞ Prezidenti kürdlərə hücum edəcəyi halda, Türkiyəni iqtisadi sanksiyalarla məhv edəcəklərini bildirib.

Trampın açıqlaması rəsmi Ankaranın etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu