14 Yanvar 2019 16:50
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistanın Baş naziri təyin edilən Nikol Paşinyanı təbrik edib.

Teleqraf.com xəbər verir ki, təbrik məktubunun mətni Kremlin rəsmi saytında yayımlanıb.

Rusiya başçısı məktubda tərəflər arasında əməkdaşlıq və Avrasiya bölgəsində inteqrasiya prosesinin bundan sonar da davam etdiriləcəyinə ümid etdiyini bildirib:

“Dialoq və birgə işbirliyinin, Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinin və Avrasiya bölgəsində inteqrasiya prosesinin daha da güclənəcəyinə ümid edirəm. Şübhəsiz ki, bu, qardaş xalqların maraqlarına uyğundur”.

Qeyd edək ki, “Mənim Addımım” blokunun rəhbəri Nikol Paşinyan bu gün Ermənistanın baş naziri təyin edilib.


Müəllif: Mənsur Rəğbətoğlu