14 Yanvar 2019 17:43
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kürdlər ABŞ üçün əhəmiyyətlidir. Çünki Suriyadakı müharibədə Prezident Donald Trampın əsas silahı onlar idi”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Bruter deyib.

Ekspert ABŞ-ın Suriyadakı hərbi qüvvələrini geri çəkməsinin kürdlər üçün “həyəcan siqnalı” olduğunu bildirib:

“Əgər ABŞ kürdləri etiraz etmədən Türkiyəyə təslim etsə, bu, kürdlər üçün yaxşı olmayacaq. ABŞ kürdlərə çox şey vəd etdi, amma heç birini yerinə yetirmədi. Buna görə də, Suriyadan geri çəkilən ABŞ kürdlərin təhlükəsizliyini sığortalayacaq addımlar atmağa çalışdığını göstərmək istəyir.

Buna görə də, düşünürəm ki, Suriyadan çıxması vəziyyətində ABŞ kürdlər üçün heç nə edə bilməyəcək”.

Vladimir Bruter Türkiyə-ABŞ münasibətlərinə də toxunub: “ABŞ və Türkiyə arasındakı münasibətlər sürətlə pisləşir. Çünki ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ankara Rusiyadan hava hücumundan müdafiə sistemlərini almağa davam edir. Bu, ABŞ üçün böyük itkidir. Buna görə də, Türkiyəni təhdid etməyə başladılar. Lakin bu təhdidlərin davamlı olacağını düşünmürəm”.

Qeyd edək ki, ABŞ prezidenti kürdlərə hücum edəcəyi halda Türkiyəni iqtisadi sanksiyalarla məhv edəcəklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu