15 Yanvar 2019 07:35
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin Makedoniya parlamentinin ölkənin adının dəyişdirilməsi ilə bağlı qərarına dair şərhinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, rəsmi Afina Rusiya XİN-in şərhini Yunanıstanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Yunanıstan XİN-in bəyanatında bildirilir ki, Moskvanın şərhi iki ölkə arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun deyil.

Qeyd edək ki, Rusiya XİN-in şərhində Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı izahat və məsələnin BMT Təhlükəsizlik Şurasında baxılmasına çağırış yer alıb.


Müəllif: Teleqraf.com