15 Yanvar 2019 10:20
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

1970-ci illərdə İtaliyada törətdiyi ağır cinayətlər səbəbindən barəsində qiyabi həbs cəzası verilən cinayətkar Cesare Battisti Boliviyada həbs olunaraq Romaya gətirilib.

Teleqraf.com xəbər verir ki, İnterpoll tərəfindən saxlanılan mafioz Cesare Romaya gətirilərkən ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib.

Qeyd edək ki, Kommunizm üçün Silahlı Fəhlələr qrupunun üzvü olan Battisti 1981-ci ildə həbs edilib və barəsində məhkəmə prosesi keçirilən zaman həbsxanadan qaça bilib.

O, əvvəlcə Fransa, sonra Meksikada yaşayıb. Daha sonra səsi Braziliyadan gəlib.

Hazırda cinayətkar barəsindəki ittihamları rədd edir.


Müəllif: Cavad