15 Yanvar 2019 11:06
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə Nikol Paşinyana təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubunda Lukaşenkonun Paşinyandan gözləntilərinə dair qeydləri yer alıb.

Məktubda deyillir:

“Hörmətli Nikol Vovayeviç,

“Ermənistan Respublikası baş nazirinin təyin olunmasına dair mühüm siyasi kampaniyanın uğurla başa çatması münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm”.

Belarus başçısı bu təyinatın qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyinə dair gözləntisini də Ermənistanın yeni rəhbərinin diqqətinə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu