Avqustun 10-da keçirilmiş seçkilərdə 52 faizə yaxın səs toplayaraq prezident seçilən Rəcəb Tayyib Ərdoğan bu gün vəzifəsinin icrasına başlayacaq.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, əvvəlcə Türkiyə Böyük Millət Məclisində and içəcək Ərdoğan daha sonra Atattürkün Anıtkabırına gedəcək. Ardından Çankaya köşkünə keçərək, Abdulla Gülü yola salıb qonaqlarını qarşılayacaq.