15 Yanvar 2019 14:14
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı Nigeriyanın Rann şəhərini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, militanların gözlənilməz hücumundan sonra hökumət qüvvələri geri çəkilmək məcburiyyətində qalıb.

Şəhərdə post quran terrorçular yaşayış binalarını yandırmağa başlayıblar.

Nigeriya hökuməti bəyanat yayaraq, KİV-də yayılmış məlumatları təsdiq edib:

“İŞİD Rann şəhərini ələ keçirdi, geri çəkildik”.


Müəllif: Mənsur Rəğbətoğlu