15 Yanvar 2019 16:26
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rusiyalı müğənni Svetlana Loboda Şeremetevo hava limanının işçilərini təhqir etməsinə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, sənətçi Moskva beynəlxalq hava limanının rəhbərliyini və işçilərini qeyri-peşəkarlıqda ittiham edib.

Loboda deyib: “Mən işinin peşəkarı olmayana humanist davrana bilmərəm. Məsələn, bir nəfər öz pulunu mənim konsertimin biletinə xərcləyibsə, mən peşəkar görünmək üçün üzərimdə 200 faiz işləməliyəm. Buna görə də hava limanının işçilərindən peşəkarlıq gözləyirəm”.

Müğənni hava limanından rəsmi şikayət hazırladığını da bildirib.

Qeyd edək ki, Maldiv adalarına gedən Svetlana Lobodanı hava limanında heç kəs tanımayıb. Bu, onu hava limanının əməkdaşları və yaxınlıqdakı sərnişinlərə qarşı kobud davranmasına yol açıb.

Kameraların obyektivinə tuş gələn Loboda bununla gülüş doğurub.

Onun Maldiv adalarında çəkdirdiyi çılpaq fotoları ölkəsində rezonans yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu