15 Yanvar 2019 16:40
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz H1N1 virusuna - “donuz qripi”nə yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Saakaşvilinin özü məlumat yayıb.

O, oğluna bu diaqnozun Tiflisdə həkimlər (Luqar laboratoriyası) tərəfindən qoyulduğunu bildirib.

Rəsmi məlumata görə, Gürcüstanda “donuz qripi”nə yoluxanların sayı 9 minə çatır, onlardan 42-i ağır vəziyyətdədir.

Qurbanların sayı 17-yə çatıb.


Müəllif: Mənsur Rəğbətoğlu