15 Yanvar 2019 16:47
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İran kosmosa növbəti peykini göndərib.

Teleqraf.com xəbər verir ki, bunu İranın Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad deyib.

O bildirib ki, peyk İmam Xomeyni Kosmik Bazasından fəzaya göndərilib.

Məlumata görə, peyki kosmosa daşıyan raket ilk və ikinci mərhələni uğurla həyata keçirib. Lakin peykin özünün sürəti proqnozlaşdırıldığı kimi olmayıb və lazım olan ünvana çatmayıb.

Xatırladaq ki, hələ iki həftə əvvəl Tehran 90 kiloqram ağırlığında olan mülki məqsədlə “Peyam” və “Dostluq” adlı peykləri kosmosa göndərməyi planlaşdırdığını elan etmişdi.

Əlavə edək ki, ABŞ dövlət katibi Pompeo İranın peyki kosmosa göndərmək məqsədilə istifadə etdiyi raketlərdə istifadə olunan texnologiyanın qitələrarası raket texnologiyası olduğunu deyərək yanvarın 3-nə qədər rəsmi Tehrandan peyk daxil olmaqla bütün ballistik raket fəaliyyətini dayandırmaq çağırışını edib.


Müəllif: Cavad