15 Yanvar 2019 16:51
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə sərhədlərini terrorçulara təslim etməyəcək. Suriyada təhlükəsizlik zonası Türkiyə tərəfindən qurulacaq”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan çıxışının davamında qeyd edib:

“Təəssüf ki, Obama bu məsələdə lazım olan addımları atmadı. Buna müsbət yanaşdı, amma heç nə etmədi. Mən də təhlükəsizlik zolağının qurulması məsələsinə müsbət baxıram. Dostlarımızın da münasibəti bu formadadır.

Lakin bu məsələdə koalisiya qüvvələri də bizə dəstək versə, insanların təhlükəsizliyini təmin edə bilərik. Bu, miqrant köçünün də qarşısını alacaq. Mənim planım belədir ki, həmin bölgədə hər kəs üçün 500 kvadrat metrlik bir ev tikiləcək. İnsanlar da öz evlərində rahat yaşayacaqlar”.

Ərdoğan qeyd edib ki, YPG terror təşkilatının bu planın içində yer alması mümkün deyil.


Müəllif: Mənsur Rəğbətoğlu