15 Yanvar 2019 17:07
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail ordusunun mədəni səviyyəsi zəifləyib, hərbçilərin intizamı azalıb. Araşdırmalarımıza görə, Silahlı Qüvvələrin yuxarı dairələrindən verilən əmrlərin sadəcə olaraq, 15 faizi yerinə yetirilir”.

Teleqraf.com xəbər verir ki, bunu “Haartez” qəzetinə müsahibəsində İsrail Silahlı Qüvvələri Ombudsman Ofisinin keçmiş zabiti, general Yitzak Barak deyib.

Keçən həftə tutduğu postdan istefa verən general müsahibədə İsrail ordusu daxilindəki problemlərdən danışıb:

“Orduda qorxu artır və heç kəs problemlərdən danışmır. Ordu çökür. Bu vəziyyəti “Titanik” gəmisinə oxşadıram. Hər kəs xoşbəxt görünür və kimsə pis xəbəri eşitmək istəmir”.

Yitzak Barak qeyd edib ki, İsrail ordusu 1965-ci ildən bu yana ən böyük böhranla üzləşib.


Müəllif: Mənsur Rəğbətoğlu