16 Yanvar 2019 09:29
3 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada gənc qızın zorlanması hadisəsində atasının da iştirak etdiyi ortaya çıxıb.

Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə keçən il avqustun 14-də federasiyanın Turuxanski (Krasnoyarsk) rayonunda baş verib.

Təcavüz əlamətləri olan gənc qız dərhal xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı zamanı məlum olub ki, seksual manyaklar azyaşlı qıza həyati təhlükə yaradacaq xəsarət yetiriblər.

Bundan sonra meşədə gizlənməyə çalışan atanın da təcavüzdə iştirak etdiyi məlum olub. Saxlanılan şəxs hadisə vaxtı sərxoş olduğunu və heç nə xatırlamadığını iddia edib.

Şiddətə məruz qalan qızın anasının da hadisədən xəbərdar olduğu bəlli olub. Lakin təhdid edildiyi üçün bunu polisdən saxlamağa məcbur olub.

Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə qadın 1, qızın atası 12, təcavüzkar dostu isə 20 il azadlıqdan məhrum edilib.


Müəllif: Mənsur Rəğbətoğlu