16 Yanvar 2019 08:28
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ateistlərin müsəlmanlarla müqayisədə “Qurani-Kərim”in qaydalarına uyğun yaşadıqlarını deyən türk ilahiyyatçı Cəmil Kılıç vəzifəsindən uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ilahiyyatçı özünün Tvitter hesabında yazıb.

Cemil Kılıç məlum paylaşımında qeyd edib:
“İctimaiyyətin diqqətinə! Bu andan etibarən tutduğum vəzifədən uzaqlaşdırıldım”.
Qeyd edək ki, ilahiyyatçı bundan əvvəl “Bu gün ateistlər müsəlmanlarla müqayisədə daha çox
“Quran”ın qaydalarına uyğun yaşayırlar, yəni onlar “Quran”a daha yaxındır”, iddiasını irəli sürüb.

İlahiyyatçı bundan sonra dindarların kəskin etirazı ilə qarşılaşmışdı. Türk mediası isə “Din əleyhdarı müəllim hələ də vəzifədədir” məlumatını yaymışdı.

Əlavə edək ki, Cemil Kılıç Atatürk Anadolu Liseyinin müəllimi idi.


Müəllif: Mənsur Rəğbətoğlu